|
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Belə bir fərziyyə vardır ki, şəhərin adı eramızdan əvvəl VII əsrdə Azərbaycan ərazisinə gəlib əsrlər boyu burada yaşamış saklarla bağlıdır.
Orta əsrlərə dair mənbələrdə onun adı Şəkə, Şaki, Şaka, Şaki, Şakke, Şekən, Şakkan, Şəkkin kimi mühtəlif şəkillərdə işlənmişdir. Şəki şəhəri uzun müddət Nuxa da adlandırılmışdır. Doğrudur, XVIII əsrdə daxil olmaqla şəhərin adı mənbərələrdə və rəsmi sənədlərdə Şəki idi. Rusiyaya birləşdikdən sonra da xanlıqın ərazisi inzibati vahid olmaq e`tibarı ilə rəsmən Şəki əyaləti adlanırdı. Yalnəz 1846-cə il inzibati islahatı ilə bütün əyalətə Nuxa qəzası, qəzanın mərkəzinə isə Nuxa adı verilmişdir. Lakin bu o demək deyildir ki, Nuxa adının mənşəyi yalnız XIX əsrlə bağlıdır. Nuxa hələ X əsrdə mə`lum olmuşdur.
|