Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Xəbərlər » Şəhər xəbərləri

Cersenbe axsami, 13 dekabr 2016

"Şəki və onun tarixi hissəsi" UNESCO Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Tarix: 13 dekabr 2016 - Kateqoriya: Seher xeberleri | Oxunub: 7 dəfə




"Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirak etmək üçüm Parisə səfər edib.


Səfər çərçivəsində S. Məmmədəliyeva "Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələrlə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.


Görüş zamanı S. Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, "Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar hazırlayıb və bu sənədlər tələb olunan kriteriyaları özündə ehtiva edir.


Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.


Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.


----------------------------------------------------------------------------------------------------

Cuma, 8 noyabr 2013

Şəkidə möhtəşəm turizm kompleksi tikilir

Tarix: 8 noyabr 2013 - Kateqoriya: Seher xeberleri | Oxunub: 24 dəfə

Şəkidə "Marxal" adlı nəhəng turizm kompleksinin tikintisi həyata keçirilir. Live.Az xəbər verir ki, bu barədə Day.az saytına Bakı Dövlət Layihə İnstitutundan məlumat veriblər. Məlumata əsasən, kompleksin sahəsi 30 hektardır. Dağlıq ərazidə, meşəlikdə tikilir. Layihənin müəllifləri maksimal dərəcədə ətraf mühitin qorunmasına səy göstəriblər. Kompleksdə 7-mərtəbəli otel, restoran, SPA mərkəzi, iki ticarət və əyləncə mərkəzi, kafe, açıq havada teatr və 16 ədəd 3-4 otaqlı koteclər tikilir. Şəkilləri baxmaq üçün buraya keçin: www.live.az/?newsid=4360

----------------------------------------------------------------------------------------------------

Cuma axsami, 9 dekabr 2010

Ən uzun körpü istifadəyə verildi

Tarix: 9 dekabr 2010 - Kateqoriya: Seher xeberleri | Oxunub: 0 dəfə

Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib.

Bu körpü Şəkinin 21 kəndini əhatə edir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı deyib ki, bu körpünün istifadəyə verilməsi dünyanın, eləcə də Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən biri olan Şəki şəhərinin inkişafı üçün yeni imkanlar açacaq. Nəqliyyat Nazirliyinin Azəryolservis ASC-nin sifarişi ilə Körpü-Bina-Tikinti MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanıb. İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.

AzərTAc

----------------------------------------------------------------------------------------------------

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design