Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Bu gün


Şəkidə bir neçə sənaye müəssisəsi və böyük iqtisadi potensiala malik tikinti firmaları mövcuddur. Tütün emalı zavodu, çörək bişirmə zavodu, ət və süd fabriki, ərzaq sənayesi kompleksi, yerli sənaye kompleksini bunlara misal göstərmək olar. Şəkidə yerləşən müəssisələrin başında isə “Şəki-İpək” şirkəti durur. Burda həmçinin hələ keçmiş Sovet dövründən qalma iqtisadi çətinliklərlə əlaqədar öz fəaliyyətini saxlamış geniş miqyaslı müəssisələr mövcuddur.

Əslində Şəki incəsənət və ticarət şəhəridir. Burda çox sayda bazar və karvansaraylar tikilmişdir ki, bu da öz növbəsində bizim Şəki haqqındakı sözlərimizi təsdiq edir.

Qaladan başlayaraq Gürcəçay boyunca davam edən küçədə komersiya-marketlər kompleksi yerləşir. Bu uzun küçə Şəki şəhərinin mərkəzi sayıla bilər. Bu isə öz növbəsində şəhərin xarakterik komponentidir. Əksər hallarda Şəki,Gəncə ,Ordubad kimi qədim tarixə sahib şəhərlər öz sahib olduqları tarixi abidələriylə güqnümüzədə də böyük əhəmiyyət kəsb edirlər. Bu küçədə ticarət obyektlərinin yerləşməsi təsadüfi deyildir. Bilindiyi kimi Şəki bir çox Azərbaycan xanlıqlarının mərkəzlərindən keçən karvan yollarının kəsişdiyi yerdə yerləşir və bu küçə ümumi ticarətin aparıldığı küçədir. Qaladan şəhərə gözəl bir mənzərə açılır və burdan şəhəri seyr edən hər bir insan bir daha Şəkinin planlı çəkildə tikildiyinin şahidi olur. Əgər şəhəri iki hissəyə böləcək olursaq biz bu ticari küçınin Şəhərin bir birinə əks tərəfdə yerləşmiş Şəhər qapılarını birləşdirir.

Bununla bərabər şimali-şərqdən cənubi-qərbə gedən bu ticarət yolunun bir sıra başqa üstünlükləri də var. Bu yol rahat səmtləşməni təmin etməklə bərabər yol boyunca hərəkət edərkən bütün gün boyu səyahətçilərin gözünə gün düşmür.

Karvansaraylar. Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı karvansaraylar yerləşir. Karvansaraylar feodal şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaraylara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.

Orta əsrlərdə kravansaraylar şəhərin yaranmasında və qurulmasında böyük rol oynamışdır. Azərbaycanın ədəbi tarixinə əsaslanarsaq o dövrlərdə Azərbaycanın bir çox şəhərlərində karvansarayların mövcud olduğunun şahidi olarıq. Çələbinin yazdıqlarına əsaslanarsaq sadəcə Təbrizdə 200 dən artıq karvansaray var idi.

Bundan başqa karvansaraylarda sövdələşmələrin aparılması üçün xüsusi otaqlar tikilirdi.

Ticari yolun üstündə yerləşən bu karvansaraylar bir birindən uyğun məsafədə yerləşirdi.

18-19 cu əsrlərdə Şəkidə 5 böyük karvansaray ( “İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə karvansaray ”) var idi. Hal hazırda yalnız iki karvansaray dövrümüzə gəlib çıxmışdır. Bunlar Yuxarı və Aşağı karvansaraylardır.

18 cu əsrə aid iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur.

Yuxarı karvansaray ümumilikdə 6000 m2 ərazini əhatə etmişdir. Bu bina yan tərəflərdən 14 m hündürlükdə olmasına baxmayaraq ön tərəfdən yəni həyətdən 8m hündürlükdə olub, 300 otaqdan ibarətdir.

Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin işləməli arxitekturası insanı valeh edir.

Həyətin içərisi tamamilə bəzədilib.Bütün otaqlar eyni ölçüdə olub, hündür tavana sahibdirlər. Həyətə baxan balkonlar, baseyn, həyəti əhatə edən yaşıllıq ümumilikdə gözəl bir mənzərə təşkil edərək binanın görünüşünü tamamlayır. Həmçinin qeyd etmək lazımdır ki burda atlar və yük heyvanları üçün də yerlər nəzərdə tutulmuşdu.

Aşağı karvansaray ümumilikdə 8000 m2 ərazini əhatə edir. Binada 242 otaq var. Karvansarayın dört tərəfindən giriş qapısı vardır. Bu gapılar bağlandıqda karvansaray alınmaz bir qalaya çevrilir.

Qeyd etmək yerinə düşərdi ki, aşağı karvansaray özündə şərqə xas üslubunu qoruyub saxlaya bilmişdir.

Hamamlar. Sanitar və gigiyenik funksiyalarıyla yanaşı Azərbaycan hamamları kvartal,məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri, istirahət və boş vaxtlarını keçirdikləri bir çox şərq feodal ölkələrinin hamamlarına bənzəyir.

Bununla yanaşı hamamlardan islamı gərəklər üçün, yəni məscidə getməzdən əvvəl güsl və dəstəmaz alınması məqsədilə də istifadə eüdirdilər. Hər bir müsəlman məscidə getməzdən əvvəl güsul (mənəvi təmizlənmə) almalı idi. Hamamlarda bu məqsədlə xüsusi yerlər mövcud idi.

Qeyd etmək lazımdır ki, bəzi hallarda hamamlardan idman məqsədilə də istifadə edilirdi. Bəzi tarixçi-səyyahlar Azərbaycan şəhərlərində idman məqsədilə hamamlardan başqa “Zorxana” adlanan xьsusi idman təlim yerlərinin fəaliyyət gцstərdiklərini цz xatirələrində qeyd edirlər.

Şəki hamamları bir sıra orta əsr dövrünün hamamalarının ən ənəvi ardıcıllarından biridir.

Hamamlar adətən iki otaqdan ibarət olub, dörd sütun vasitəsilə daha kiçik hissələrə ayrılır. Otaqların bir qismi “bəcir xolu” adlandırdıqları paltar saxlama otağı kimi, digəri isə tərkibinbdə müxtəlif köməkçi otaqları bulunduran zalda yerləşən “İçəri” adlandırdıqları yuyunma otaqlarından ibarətdir. Hər bir zalın ayrıca günbəzi olub, kiçik günbəz formasında olan qoruyucu pəncərəli lampalarla bəzədilib. Paltar saxlama otağı içərisində yuynma çanağı, dolça və paltar asmaq üçün yeri olan ayrıca daş bölmələrdən ibarət idi.

Xəzna adlandırılan isti və soyuq su çəni yardımçı otaqla üzbəüz yerləşmişdi. Hamam su ilə qədim su kəmərinin qolu olan yaxınlıqdakı gil borular vasitəsilə təchiz edilirdi.

Hamamların fasadı çax sadə bir görünüşə sahib idi. Əsasən hamamlar yer qazılaraq orda quraşdırılmış və qıraqdan baxanda, yalnız iki zalın üstünü örtən günbəzlər görünür. Hamam 19 cu əsrdə tikilmişdir Şəkidə bir sıra orta əsrə aid hamam qorunub saxlanmışdır.

O dövrün mühədis qurğuları arasında xüsusilə diqqəti,19 cu əsrə aid yanmış kərpiclərlə tikilmiş, Gürcənçay və Xanabad çayları üzərindən keçən körpülər cəlb edir.


InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design