Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Şəkililər

Lütfəli Abdullayev

Lütfəli Abdullayev ötən əsrin əvvəllərində, dəqiq desək, 1914-cü ildə, indiki Şəki, keçmişdə isə Nuxa şəhərində tacir ailəsində anadan olub.Teatra maraq hələ erkən yaşlarında yaranıb. Doğma şəhərində, o dövrün tanınmış aktyorlarının ifasında tez-tez tamaşalar göstərilirdi. Teatra hədsiz maraq Lütfəlini sənət kimi çətin bir yolun yolçusu olmağa sövq edir. Bu məhəbbəti onda ilk hiss edən isə sənət fədaisi Əhməd Anatollu olur. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadiməlrindən sənətin sirrlərini öyrənməyə gedir.
Sənətə duyduğu ciddi münasibəti onu 1928-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirir. Professor Berolskinin sinfində vokalın incəliklərinə yiyələnməklə yanaşı Lütfəli, Dövlət Opera və Balet Teatrının xor turppasında da işləyir. Hətta 1938-ci ildə ilk Azərbayan incəsənəti dekadasında teatr artistlərilə birgə iştirak etmək məqsədilə Moskvaya yola düşür. Bu illər ərzində Mirzağa Əliyev, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Bülbül, Hacıağa Abbasov, Əhməd Anatollu kimi səhnə ustaları ilə yaradıcılıq ünsiyyəti Lütfəlinin teatr və aktyorluq sənətinin incəliklərini dərindən mənimsəməsinə kömək edir.
Lütfəli Abdullayevin hələ o dövrdə yenicə yaradılmış Musiqili Komediya Teatrındakı fəaliyyəti, hansı ki, 1939-cu ildən başlayaraq ömrünün sonunadək davam edir, milli teatr sənətinin ən parlaq səhifəsi hesab etmək olar. Üzeyir Hacıbəyovun 1910-cu ildə qələmə aldığı “Ər və arvad” musiqili komediyası ilə bu janrın əsası qoyuldu. Daha sonra “Beş manatlıq gəlin” (Səid Rüstəmov), “Durna”, “Rəisin arvadı”(Fikrət Əmirov), “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”(Süleyman Ələsgərov), “Əlli yaşında cavan”, “Evliykən subay” (Zülfüqar Hacıbəyov), “Qızıl axtaranlar” (Tofiq Quliyev), “Hacı Kərimin aya səyahəti” (Azər Rzayev), “Ev bizim, sirr bizim” (Şəfiqə Axundova) və digər müəliflərin musiqili komediya quruluşları o dövrdə yeni yaranmış teatrın qısa zamanda tanınmasına xidmət etdi.
Klassik repertuarda, özü də daha peşəkar sənətkarlara bənzəmədən oynamaq çox çətin idi. Lakin buna baxmayaraq Lütfəli Abdulayev hər zaman özünün ifa tərzi və səhnə manerası ilə fərqlənməyi bacarirdi. Bu fərqlilik “Ər və arvad”, “Arşın mal alan” operettasındakı ifasında xüsusilə hiss olunurdu.
Lütfəli ifaçısı olduğu rollarına kolorit və orijanal özəlliklər qatmağı sevirdi.
Təbiət etibarilə şən, optimist olan bu insan istər səhnədə, istərsə də real həyatda bütün çətinliklərə gülüşlə sinə gərirdi. Çox nadir hallarda gülüşün sarkazm və qrotesk növlərindən istifadə edən aktyor, fikir və hərəkətlərini seyrçiyə mimika, sadə jest və işarələrin köməyilə çatdırırdı.
Lütfəli Abdullayevin gülüşü boş, mənasız deyil, əksinə düşündürməyə sövq edən bir gülüş idi.
Respublikanın xalq artisti, bəstəkar Səid Rüstəmovun “Beş manatlıq gəlin” operetta-tamaşasında kar Mövsüm rolu Lütfəli Abdullayevin Musiqili Komediya Teatrında debüt ifası oldu, hansı ki, teatr kollektivi bu rolu məhz ona etibar etmişdi. Qazandığı uğurla hər kəsin etidamını doğruldan gənc aktyor daha da ilhamlanır, aktyor sənəti seçimində yanılmadığına təkrar əmin olur. Ancaq sənətdə qazındığı uğurlarla bahəm çiyinlərində məsuliyyət hissini də daşımağa məcbur olur. Üzərində daha da əzmlə işləyərək yeni yaradıcılıq yollarır axtarmağa başlayır.
Qoşun (“Toy kimindir?!”) , Dursun (“Durna”), Qəhrəman (“Gözün aydın”), Hacı Kərim (“Hacı Kərimin aya səyahəti”), Kəblə Heydər (“Eynəkli subay”), Səməndər (“Bir dəqiqə”), Maestro (“Hardasan ay subaylıq?”), Ələsgər (“Həmişə xanım”), Mitoş (“Hicran”), Azay (“Qızılgül”), Hacı Qara (“Xəsis”), Murtuzov (“Özümüz bilərik”) rolları ilə Lütfəli Abdullayev hər dəfə sanki yaradıcılıq potensialını təsdiqləyirdi.
Aktyorun kino sahəsindəki nailiyyətlərinə gəlincə, Hambal (“O olmasın, bu olsun”), Vəli (“Arşın mal alan”), Zülümov (“Əhməd haradadır?”) rollarana baxmaq kifayətdir ki, yaradıcılıq yolu ilə daha yaxından tanışlıq imkanı əldə edək. L.Abdullayev hər zaman söyləyirdi ki, yaratdığı obrazlar görüşdüyü və ünsiyyətdə olduğu insanların prototipidir. Yeri gəlmişkən, Moskvada Azərbaycan günlərinə həsr olunmuş dekada zamanı Lütfəli Abdullayev Rusiya teatrlarında işləmək haqda çoxlu təkliflər alır. Ancaq rus dilini mükəmməl bilməməsi təkliflərdən imtina etməsinə səbəb olur. Təsadüfi deyil ki, rus tənqidçilri Lütfəli Abdullayevi “İkinci İqor İlyinski” adlandırırdılar.

“YAXŞICA YEYİB-İÇİB YATMAQ ONUN XOBBİSİ İDİ”
Mİlyonlarla tamaşaçı məhəbbəti qazanmış bu misilsiz gülüş ustası həyatda olduqca ciddi idi. Ailə mühitindəki “rolu” da ciddi həyat yoldaşı və atalıqdan ibarət idi. Səhnədəki gülüş və zarafatından əsər belə qalmazdı. Gözəl ailə başçısı olan Lütfəli Abdullayev övladlarının təhsilinə xüsusilə diqqət yetirərdi.
Qonaqlıqlar, banketlər, bir sözlə, yaxşıca yeyib-içmək Lütfəli Abdullayevin çox xobbisi idi. Premyeradan, hətta adi repertuar tamaşasından sonra evdə mütləq kiçik ziyafətlər təşkil edilirdi. Yeməklərdən isə daha çox xaş və kababı sevərdi.
Lütfəli Abdullayevin məhhəbəti yalnız sənətlə ilgili deyildi. İnsanlara, öz xalqına da hədsiz məhəbbət bəsləyirdi. Yaşadığı evin blokunun qarşısında hər səhər pərəstişkar axını görməmək qeyri-mümkün idi. Pərəstişkarlarının hər birilə ayrı-ayrılıqda ünsiyyətdə olmasa, işə getməzdi. Elə bu səmimiyyətindən dolayı aktyor hər gün məşqlərə gecikərdi.

GƏLƏNLƏRİ NAÜMİD
QAYTARMAMAĞA ÇALIŞIRDI ...

Lütfəli Abdullayevin zahiri ciddiyyətinin arxasında xeyirxahlıq, yumşaqlıq və mərhəmət hissi də gizlənirdi. Sənətkarın qızı Xurşud Abdullayevanın xatrələrindən : “Bir gün gecəyarı qapımız döyüldü. Qapını açan atam anamı yuxudan oyadaraq süfrə açmağı xahiş elədi. Məlum oldu ki, bir nəfər xəstəni təcili Moskvaya aparmaq lazım idi. Bununçünsə Səhiyyə Nazirilyindən göndəriş alınmalıdır. Səhərisi gün atam, qonaqlarla birgə nazirliyə gedərək lazımi göndərişi əldə etdi. Anam əvvəlcə elə bildi ki, gələnlər atamın uzaq qohumlarındandır. Ancaq sonra məlum oldu ki, atam onları ilk dəfədir ki, görürdü. Atam ümumiyyətlə, gələnləri naümid qaytarmamağa çalışırdı... Atamın ölümündən qırx gün sonra mənzil-istismar idarəsinin rəisi gəlib dedi ki, bəs, bizim mənzildə on iki nəfər şəxs qeydiyyatdadır. Sonradan məlum oldu ki, uzaq yerdən gələnlərin yaşamağa yeri olmadığından atam düşünmədən onları müvəqqəti qeydiyyata aldırıb.

LÜTFƏLİ - SEVDA MƏHƏBBƏTİ
Lütfəli Abdullayev gələcək xanımı Sevda Pipinova ilə 1942-ci ildə tanış olmuşdu. Ancaq aktyorluq sənəti onu məhəbbətinə qovuşmasına imkan vermirdi. Xurşud xanım söhbətinə davam edir : “O vaxt atamın 29, anamın isə 17 yaşı vardı. Bir müddət sonra atam Dövlət Mükafatı və Azərbaycanın əməkdar artisti fəxri adlarına layiq görüldü. Ancaq bu “arqumentlər” də nənəmi yumşaltmadı. “Lütfəlinin təhsili yoxdur, özü də musiqili komediya aktyorudur. Barı dram aktyoru olsaydı ... “ deyə nənəm, yəni anamın anası bu izdivaca qətiyyən razılıq vermirdi. Nənəm özü aristokrat nəsldən olduğundan atamı anama layiq bilmirdi. Son nəfəsində nənəm anamdan üzr istədi və atamla nigaha xeyir-dua verdi.

“... QIZLARIM BU YOLU SEÇSƏLƏR, CƏSƏDİM QƏBİRDƏ ÇEVRİLƏR”
Sənətkar zirvəsinə ucalmasına rəğmən Lütfəli Abdullayev övladlarının sənət yolunu seçməsinə qətiyyən razı deyildi. Hətta sağlığında “...həyatda nə qədər yaşayacağımı bilmirəm, amma ölümündən sonra belə qızlarım bu yolu seçsələr cəsədim qəbirdə çevrilər” deyirdi.
Lütfəli Abdullayev sənətin əzablı yollarını övadlarının da keçməsini istəmirdi. Lakin aktirsa olmasalar da, Lütfəli Abdullayevin hər iki qızı sənət yolunu seçdilər. Böyük qız Gülnarə yerli özəl kanalların birində rejissor, kiçik qızı Xurşud isə Dövlət Xor Kapellasının rəhbəri və eyni zamanda qədim klavesin alətinin Azərbaycanda yeganə ifaçısıdır.

Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı.

Kinoda əsasən aşağıdakı rolları yaratmışdır:

  • Zülümov - "Əhməd Haradadır? (1963)"

  • Vəli - "Arşın Mal Alan (1945)"

  • Məhəmməd - "Ulduz (1964)"


  • Teatrda əsasən aşağıdakı rolları yaratmışdır:

  • Möhsün - "Beş manatlıq gəlin"

  • Qoşun - "Toy kimindir?"

  • Dursun - "Durna"

  • Qəhrəman - "Gözün aydın"
  • InfoBüro
    Otellər
    Restoranlar
    İstirahət zonaları
    Banklar və Bankomatlar
    Kino və Teatrlar
    Parklar və Bağlar

    Servis
    Online Radio
    Online Tv

       











    Design by Real Design