Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Şəkililər

Sədayə Mustafayeva

Mustafayeva Sədayə İsmayıl qızı 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 2000-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. " Vaqif "də Xuraman,Gulnar," Aydın "da Gültəkin," Pəri Cadu "da Pəri," Solğun çiçəklər "də Sara,Pəri,Gülnisə, " Otello "da Emilya," III-Riçart "da Yelizaveta, " Sokratla söhbətlər "də Ksantipa," İtgin gəlin "də Səbihə," Yad qızı "nda Həcər xanım," Dairəni genişləndirin "də Aliyə," Təbilçi qız "da Nila, " Kəndçi qız "da Bənövşə," Dəli Kür "də Şahnigar, " Ana vüqarı "nda Ana, " Bəraət "də Rəşidə xanım,"Atayevlər ailəsi "ndə Dilşad xanim, " Xurşudbanu Natavan "da Natavan," Qonşular "da Mətanət, " Almaz "da Almaz," Sən həmişə mənimləsən "də Nargilə," Mahnı dağlarda qaldı" da Rəxşəndə xanım və.s obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir. Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir." Qanun naminə " Xatun, " Mən ki gözəl deyildim "də Gözəl, " Şərikli çörək "də Şamama, " Qaynana "da Mülayim, " Ölsəm bağışla "da Suğra xala, " Ağ atlı oğlan "da Mirvari nənə," Həm ziyarət,həm ticarət "də Ana, Amerika kinomotoqrafcılarının istehsal etdiyi " İlk körpü " filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 1958-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına,həmçinin 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.
Filmoqrafiya

1. Biri vardı,biri yoxdu - 1967

Qadın - S.Mustafayeva.

2. Qanun naminə - 1968

Xatun - S.Mustafayeva.
səsləndirir - Ətayə Əliyeva.


3. Mən ki gözəl deyildim - 1968

Gözəl - S.Mustafayeva.
səsləndirir - Ətayə Əliyeva.


4. Şərikli çörək - 1969

Şamama - S.Mustafayeva.
səsləndirir - Ofelya Sənani.


5. Gün keçdi - 1971

Əsmərin anası - S.Mustafayeva.
səsləndirir - Ətayə Əliyeva.


6. Qızıl ayaqlı qaz - 1972

Şəfiqənin anası - S.Mustafayeva.
səsləndirir - Əminə Yusifqızı.


7. Var olun qızlar - 1972

Rüstəmin anası - S.Mustafayeva.

8. Firəngiz - 1975

Məsmə - S.Mustafayeva.

9. Ad günü - 1977

Əlinin anası - S.Mustafayeva.
səsləndirir - Əminə Yusifqızı.


10.Qaynana - 1978

Mülayim - S.Mustafayeva.
səsləndirir - Süsən Məçidova.


11.Gümüşü furqon - 1982

Mədinənin anası - S.Mustafayeva.

12.İlıq dənizdə buz - 1983

Təqaüdçünün anası - S.Mustafayeva.

13.Çin mikrarayonda - 1985

Ana - S.Mustafayeva.

14.İşarəni dənizdən gözləyin - 1986

Komandanın anası - S.Mustafayeva.
səsləndirir - Məhluqə Sadıqova.


15.Şəhərli biçinçilər - 1986

Humay - S.Mustafayeva.

16.Ölsəm bağışla - 1989

Yusifin anası - S.Mustafayeva.
səsləndirir - Zərnigar Atakişiyeva.


17.Ağ atlı oğlan - 1994

Mirvari nənə - S.Mustafayeva.
səsləndirir - Zərnigar Atakişiyeva.


18.Həm ziyarət,həm ticarət - 1994

Suğra xala - S.Mustafayeva.
səsləndirir - Zərnigar Atakişiyeva.


19.Amerika kinomotoqrafiyasının istehsalı olan

İlk körpü - 1994
Əsmər - S.Mustafayeva.

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design